Yanacaqdoldurma məntəqəsinə basqın oldu

Yanacaqdoldurma məntəqəsinə basqın oldu

2 Mart 2013 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

İmişli şəhərindəki yanacaqdoldurma məntəqəsinə basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, martın 1-də saat 04:00 radələrində yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs orada operator işləyən rayon sakini Emin Hüseynovun ağızını və əl-qolunu yapışqanlı lentlə bağlayıb, cibindəki 380 manat pulu götürərək hadisə yerindən gedib. Görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Anar Hümbətzadə İmişli-Bakı sərnişin qatarında Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

O.M.