Salyanda narkotik alverçisi tutuldu

Salyanda narkotik alverçisi tutuldu

2 Mart 2013 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Salyanda narkotik maddələrin satışı ilə məşğul olan şəxs tutulub. Məlumata görə, Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayonunun Xocalı kənd sakini Fəxrəddin Mirəyyub oğlu Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman satış məqsədilə əldə etdiyi 1 kiloqram 131 qram tiryək, 172, 52 qram marixuana və 0,65 qram çətənə toxumu tapılıb. F.Həsənov narkotikanı evin qapısında saxlayırmış. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.