Azərbaycanda 28 fevralın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 77 cinayət faktı qeydə alınmış, onların da 40-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 39 nəfər tutulmuşdur.
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
28.02.2013
Fevralın 28-də saat 00:50 radələrində Gəncə şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Nüşabə Məlikova vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Görülmüş tədbirlər nəticəsində, hadisənin "VAZ-21074" markalı avtomaşının sürücüsü şəhər sakini Sadiq Məhərrəmov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
28.02.2013
Fevralın 28-də saat 22.30 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində, şəhər sakini Elvin Əliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən, yolu keçən həmyerlisi Tahir Mürvətovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Sabunçu rayonunun Ramana qəsəbə sakini Davud Babayevə məxsus evdə yanğın baş vermişdir
28.02.2013
Fevralın 28-də saat 23.50 radələrində Sabunçu rayonunun Ramana qəsəbə sakini Davud Babayevə məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılmışdır.
DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr və saxta əsginaslar aşkar edilərək götürülmüşdür
28.02.2013
Baş Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Səkinə Əliyevadan 0,253 qram, Yusif Həsənovdan 0,267 qram, Rüstəm Hüseynovdan 0,215 qram, Nizami Mahmudovdan isə 1,343 qram heroin götürülmüşdür. S.Əliyevanın yaşadığı evə baxış zamanı 21 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 10 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq, 8 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq saxta əsginaslar (cəmi 2491 manat) və 1 ədəd surətçıxaran aparatı aşkar edilərək götürülmüşdür.
Samux rayon sakini Məhəmməd Bayramova odlu silahdan atəş açaraq xəsarət yetirmiş Kəlbəcər rayon sakini Əli Muradov tutulmuşdur
28.02.2013
Fevralın 28-də Samux rayonunun Poylu kəndi ərazisində, mal-qara otaranlar Kəlbəcər rayon sakini Əli Muradov ilə rayon sakini Məhəmməd Bayramov arasında münaqişə baş vermişdir, Bu zaman Ə.Muradovun ov tüfəngindən açdığı atəşdən M.Bayramov baş nahiyəsindən yüngül xəsarət almışdır. RPŞ əməkdaşları tərəfindən Ə.Muradovdan 1 ədəd ov tüfəngi götürülmüşdür.
Bakı şəhər sakinləri Fatma Ağayevanın və Elbrus Şəmsiyevin banka saxta arayış təqdim edərək pul götürməsi müəyyən edilmişdir
28.02.2013
Cari ilin yanvar ayının 11-də Bakı şəhər sakinləri Fatma Ağayevanın və Elbrus Şəmsiyevin "Ekspress" banka saxta arayış təqdim edərək, oradan 1500 manat pul götürmələri Nizami RPİ 24-cü PB əməkdaşları tərəfindən müəyyən edilmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır.
Zaqatala rayon sakini Əliməmməd Əliyev 10,905 kq həşişi satarkən tutulmuşdur
28.02.2013
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Əliməmməd Əliyev 10 kiloqram 905 qram həşişi 60.000 dollara satarkən tutulmuşdur.
Gəncə şəhər sakini Gülarə Səfərovanın əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir
28.02.2013
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Gülarə Səfərovanın, Bakı şəhərində mənzillərin birində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir.
Bakı şəhər sakini Kamran Əmiranovdan 420 qram marixuana götürülmüşdür
28.02.2013
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Kamran Əmiranovdan 420 qram marixuana götürülmüşdür.
Bakı şəhər sakini Vadim Miqunovdan 1 ədəd "TT" markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür
28.02.2013
Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vadim Miqunovdan 1 ədəd "TT" markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür.
Ev əşyaları və ərzaq məhsulları oğurlamış Pirallahı qəsəbə sakini Qorxmaz Şərifov tutulmuşdur
28.02.2013
Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də Natəvan Əliyevanın evindən 200 manat pul, sənədlər, 1 ədəd televizor ev əşyaları və ərzaq məhsulları oğurlamış Pirallahı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Şərifov tutulmuşdur.
Gəncə şəhər sakini Vahid Novruzovdan 475 qram marixuana götürülmüşdür
28.02.2013
Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Novruzovdan 475 qram marixuana götürülmüşdür.
Yol-nəqliyyat hadisəsi törətmiş "Ford-Tranzit" markalı mikroavtobusun sürücüsü, Çoban Əhmədov saxlanılmışdır
28.02.2013
Nizami rayonu 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də Anar Abbasovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Ford-Tranzit" markalı mikroavtobusun sürücüsü, Çoban Əhmədov saxlanılmışdır.
Dərmandan və dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər
28.02.2013
Fevralın 28-də Göygöl şəhər sakini Sevinc Namazova, Sumqayıt şəhər sakini Raisa Qasımova və Abşeron rayon sakini Aygün Sadıqova evlərindən dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
O.M.

















.jpg)
.jpg)
.jpg)









































































