
Yol qəzaları can almaqda davam edir
Ağdaş rayonunda yol qəzası bir nəfərin ölməsi bir nəfərin isə yaralanması ilə nəticələnib. Qarşı-arşıya gələn "İkarus" və "VAZ-21074" toqquşub.
Belə ki, Ağdaş rayonu ərazisində Bərdə rayon sakini Murad Əliyevin idarə etdiyi "İkarus" markalı və Ağdaş rayon sakini Namiq Əhmədxanovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşaraq yoldan çıxıblar.
Qəza nəticədə N. Əhmədxanov hadisə yerində ölüb. Maşında olan qızı 2011-ci il təvəllüdlü Nuray isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Xəstəxana həkimlərinin verdiyi məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.
Hadisənin kimin günahı ucbatından baş verdiyi məlum deyil, faktla bağlı araşdırmalar davam edir.
Yüksək sürət yenə də can aldı. Halbuki, o dünyaya tələsməmək olardı...
Hafiz Əhmədov
O.M.