Məhkəmə diplomatın şikayətini təmin etməyib

Məhkəmə diplomatın şikayətini təmin etməyib

4 İyul 13:12
Bəyəndim (0) Bəyənmədim (0)


BƏƏ-də həyat yoldaşını və onun bacısını döydüyünə görə 15 sutka həbs olunan qazax diplomatı Saken Mamaş məhkəmənin qərarından apellyasiya şikayəti verməyə çalışıb.

O, iyulun 3-də apellyasiya şikayəti verib və Astana Şəhər Məhkəməsi həmin gün ona baxıb. Diplomatın müdafiəçiləri onun günahının sübuta yetirilməməsində israr ediblər. Onlar həmçinin hadisənin Əbu-Dabidə baş verdiyini və bunun Qazaxıstanın yurisdiksiyasına aid olmadığını qeyd ediblər.

Lakin məhkəmə şikayəti təmin etməyib.

“Apellyasiya instansiyası məhkəmə aktının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir hüquqi əsas tapmır. Qərar veririk ki, inzibati xətalara dair işlər üzrə rayonlararası ixtisaslaşdırılmış məhkəmənin qərardadı dəyişdirilmədən saxlanılsın, apellyasiya şikayətləri təmin edilmir”, - deyə qərarda bildirilir.

Söhbət diplomatın həyat yoldaşının deyil, bacısının sağlamlığına qəsdən yüngül zərər vurmaqdan gedir. Karina Mamaşın ifadəsinə görə, ayrı-ayrı cinayət işləri aparılır.

Bundan əvvəl diplomatın həyat yoldaşı Karina Mamaş bildirib ki, mayın 5-də Saken Mamaş onu və onlara baş çəkməyə gələn bacısını döyüb. Bundan sonra Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi BƏƏ-də olan diplomatı məişət zorakılığı ittihamı ilə Qazaxıstana geri çağırıb.

Mayın 9-da qadın Astanaya qayıdıb. Təhlükəsizliyi üçün Karina və uşaqları böhran mərkəzində məskunlaşdılar. Sonradan məlum olub ki, Saken Mamaş Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 110-cu maddəsi (“İşgəncə”) ilə 7 ilə qədər həbs oluna bilər.

Oxuməni.az