İllər əvvəl mühakimə olunan şəxs edam edilib

İllər əvvəl mühakimə olunan şəxs edam edilib

27 İyun 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

2001-ci ildə 18 yaşlı qızı zorlamaqda və öldürməkdə təqsirli bilinən Ramiro Qonzales Texasda edam edilib. Bu barədə CNN ştatın Cinayət Ədliyyə Departamentinə istinadən məlumat yayıb.

Məhkəmə 2006-cı ildə Qonzalesi 18 yaşlı qızın zorlanmasında və qətlində təqsirli bilib, ölüm cəzasına məhkum edib. Məhkumun vəkilləri ölüm hökmünün ləğvində israrla dəfələrlə Ali Məhkəmədə vəsatətlər qaldırıblar.

Müdafiə tərəfinin arqumentləri arasında Ramiro Qonzalesin artıq cəmiyyət üçün təhlükə yaratmaması olub. Hüquqşünaslar onun artıq xristian inancına bağlılığını xüsusi qeyd etdilər. Lakin ABŞ Ali Məhkəməsi cəzanı yüngülləşdirməyib…

Oxuməni.az