Beynəlxalq Cinayət Məhkəməsi Şoyqu və Gerasimovun həbsinə order verib

Beynəlxalq Cinayət Məhkəməsi Şoyqu və Gerasimovun həbsinə order verib

25 İyun 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat qurumun saytında yayılıb.

“2024-cü il iyunun 24-də Beynəlxalq Cinayət Məhkəməsinin məhkəməyə qədərki palatası iki şəxs - Sergey Kujugetoviç Şoyqu və Valeri Vasilyeviç Gerasimov barəsində Ukraynadakı vəziyyət kontekstində ən azı 10 oktyabr 2022-ci il tarixindən ən azı 9 mart 2023-cü il tarixinədək olan müddət ərzində törədilmiş beynəlxalq cinayətlərə görə həbs qərarı çıxarıb”, - deyə mətndə bildirilir.

İnstansiya məhkəməsinin fikrincə, Şoyqu və Gerasimov Ukrayna ərazisindəki hədəflərə zərbə endirməkdə “məsuliyyət daşıyırlar”.

Oxuməni.az