
Sumqayıtda ər arvadını bıçaqlayıb
Sumqayıt şəhəri Sahil küçəsində Bakı şəhər sakini 21 yaşlı Ruslan Bəhramzadə qısqanclıq zəminində arvadı 19 yaşlı Nigar Kazımovanı bıçaqlayıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir. Həyat yoldaşı isə yaxalanaraq, Sumqayıt şəhər Polis İdarəsinə gətirilib. İlkin dindirilmə zamanı Ruslan arvadını qısqandığından bıçaqladığını vurğulayıb. İstintaq davam edir.
Qısqanclıq sevgi əlamətidir. Həddən artıq qısqanclıq isə acizlik əlamətidir...
İnarə Rafiqqızı
O.M.
Digər xəbərlər