Zaqatalada minik maşını dərəyə yuvarlandı

Zaqatalada minik maşını dərəyə yuvarlandı

31 Dekabr 2012 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala rayonu, Suvagil kəndində (rayon mərkəzindən 16 km aralı) 1986-ci il təv. Davudov Elçin Tacəddin oğluna məxsus "BMW" markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşmışdır. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü E.T.Davudov müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.