Azərbaycanda 28 dekabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.
Quldurluq etməkdə şübhəli bilinən Rövşən Heydərov tutulmuşdur
28.12.2012
Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də şəhər sakini Seymur Əzizovu bıçaqla hədələyib, mobil telefonunu ondan almağa cəhd göstərmiş həmyerlisi Rövşən Heydərov tutulmuşdur.
Avtomaşın qaçırmış Orxan Məmmədov tutulmuşdur
28.12.2012
Dekabrın 28-də Sumqayıt şəhərində yaşayan Elşən Ağayev polisə müraciət edərək, həmin gün evinin qarşısından, ona məxsus "VAZ-2107" markalı avtomaşının qohumu Orxan Məmmədov tərəfindən qaçırılmasını bildirmişdir. Qeyd edilən avtomaşını idarə edən O.Məmmədov Kürdəmir rayonu ərazisində RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və avtomaşın sahibinə qaytarılmışdır.
Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
28.12.2012
Dekabrın 28-də saat 08.20 radələrində Binəqədi rayonu ərazisində, Bakı şəhər sakini Turab Quliyev "İveco" markalı avtobusu idarə edərkən yolu keçən Könül İsrafilzadəni vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
28.12.2012
Dekabrın 28-də saat 07.35 radələrində Sabunçu rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Lidiya Qarkovaya vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
28.12.2012
Dekabrın 28-də saat 18.05 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində, Ağsu rayon sakini Şahin Zeynalov "VAZ-2106" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Cahan Cəfərovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Mobil telefonunu oğurlamış Bakı şəhər sakinləri İlqar Mürsəlov və Vaqif Abbasov tutulmuşlar
28.12.2012
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də metronun "28 May" stansiyasında, şəhər sakini Ayla Həsənovanın mobil telefonunu oğurlamış şəhər sakinləri, əvvəllər məhkum olunmuş İlqar Mürsəlov və Vaqif Abbasov tutulmuşlar.
Mobil telefon oğurlamış Bakı şəhər sakini Fərid İsmiyev tutulmuşdur
28.12.2012
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Eldar Əliyevə məxsus mobil telefonu oğurlamış şəhər sakini Fərid İsmiyev tutulmuşdur.
Zərdab rayon sakini Şərif Allahverdiyev və Şəmkir rayon sakini Rövşən Qurbanov tutulmuşlar
28.12.2012
Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 29-da şəhər sakini Lyubov Qumennayanın meyitinin tapılması ilə əlaqədar aparılan araşdırmalar zamanı onun, Zərdab rayon sakini Şərif Allahverdiyev və Şəmkir rayon sakini Rövşən Qurbanov tərəfindən zorlanması müəyyən edilmiş və onlar tutulmuşlar.
Samur-Abşeron su kanalından tapılmış meyitin şəxsiyyəti müəyyən edilmişdir
28.12.2012
Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 26-da Samur-Abşeron su kanalının Zarat kəndi ərazisindən keçən hissəsində tapılmış meyitin şəxsiyyəti müəyyən edilmişdir. O, Sumqayıt şəhərində yaşayan Qızxanım Mədətova olmuşdur.
Narkotik vasitə ilə tutulmuş Kürdəmir rayon sakini Rəşad Cəfərovun digər cinayət əməli də müəyyən edilmişdir
28.12.2012
Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Rəşad Cəfərovdan 7,6 qram marixuana götürülmüşdür. Onun evinə baxış zamanı əlavə 6,1 qram marixuana aşkar edilərək götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun dekabrın 26-na keçən gecə rayon sakini Çingiz Əliyevə məxsus internet klubdan 4 ədəd kompüter monitoru və 1 ədəd noutbuk oğurlaması da müəyyən edilmişdir.
Ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar aşkar edilərək götürülmüşdür
28.12.2012
Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Yasamal, Nizami və Nərimanov rayonları ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 7950 ədəd partlayıcı oyuncaqlar aşkar edilərək götürülmüşdür.
Binəqədi rayonunda yaşayan İsmayıl Mirzəliyev dəm qazından boğulmuşdur
28.12.2012
Dekabrın 28-də Binəqədi rayonunda yaşayan İsmayıl Mirzəliyev evində dəm qazından boğulmuşdur.
Dərmandan və dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər
28.12.2012
Dekabrın 28-də Abşeron rayon sakinləri Aynur Əhmədova, Nihat Hüseynov, Ləman İsmayılova, Səyyarə İsmayılova, Yardımlı rayon sakini Elnarə Orucova, Qusar rayon sakini Aslan Qaçabəyov, arvadı Elmira və nəvəsi Leyla mənzillərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
Ağdam rayonunun Zəngişah kənd sakini Yunis Cəfərova məxsus fermanın tövləsi yanmışdır
28.12.2012
Dekabrın 28-də Ağdam rayonunun Zəngişah kəndi ərazisində, kənd sakini Yunis Cəfərova məxsus fermanın tövləsi yanmış və nəticədə orada olan 180 baş qoyun tələf olmuşdur.
O.M.
.jpg)





























































































