Cinayətkar dəstənin başçısı azərbaycanlı imiş
Rusiyanın Altay vilayətini hüquq-mühafizə orqanları Barnaulda narkotik satışı ilə məşğul olan cinayətkar qrupu ifşa edib. Məlum olub ki, cinayətkar qrupun başçısı əvvəllər məhkum olunmuş Azərbaycan vətəndaşıdır. Qrup üzvlərindən 17 qram heroin, həşiş, "Kalaşnikov" avtomatı, 7,62 mm kalibrli patronlar, ov tüfəngi, soyuq silah götürülüb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 222 və 228 maddələri üzrə (silahın və narkotik vasitələrin qanunsuz saxlanılması və satışı) cinayət işi qaldırılıb, istintaq davam edir. Qruplaşma üzvləri 4 ilə qədər azadlıqdan məhrum ola bilərlər.
O.M.
Digər xəbərlər
.jpg)





























































































