Bu gecə 3 nəfər taksi sürücüsünü qarət etdi
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu gün gecə saat 01:00 radələrində G.Şıxlınski küçəsində 3 naməlum şəxs İbrahim Sadıqovun taksi kimi idarə etdiyi "Opel" markalı avtomaşına əyləşərək, ondan "Əhmədli" metrosuna tərəf getməsini istəyiblər. Onlar M.Hadi küçəsində bıçaqla İ.Sadıqova əl nahiyəsindən xəsarət yetirərək, sürücünün 70 manatını alıblar. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Laçın Süleymanov, Cəlil Hacıağayev və Elgiz Məmmədov tutulublar. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər
.jpg)










































































.jpg-2.jpg)



















