Almatıda iki polis kapitanı 14 yaşlı yeniyetmə qızı zorlayıb
Almatıda polis 14 yaşlı qızı zorlayıb. Tengrinews.kz xəbər verir ki, məlumatı jurnalistlərə Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov təsdiqləyib.
“Almatıda iki polis kapitanı 14 yaşlı yeniyetmə qızı zorlayıb, bu faktı təsdiq edə bilərsinizmi? Əgər bu doğrudursa, şübhəlilər saxlanılıbmı?” – jurnalistlər sual veriblər.
“Təəssüf ki, bu fakt baş verdi. Keçmiş işçilər bu cinayəti törədiblər. Dərhal intizam komissiyası keçirilib və həmin şəxslər neqativ səbəblərə görə işdən azad ediliblər. Cinayət işi çərçivəsində onlar da həbs ediliblər”, - deyə Yerjan Sadenov cavab verib.
Nazir əlavə edib ki, araşdırma hələ də davam edir. Onun sözlərinə görə, cinayəti törədən zaman onlar vəzifə başında olublar.
Şübhəlilərin təqsiri sübuta yetirilərsə, Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsinə əsasən (“Zorlama”) onları 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Oxuməni.az



















































.jpg)











































