Müəllimənin ölümünün səbəbləri bəlli deyil
Lənkəranın Şirinsu kəndində ölüm hadisəsi baş verib. Belə ki, kənd orta məktəbinin kimya-biologiya müəlliməsi olan 35 yaşlı Səidə Şirvanova səhər saatlarında özünü pis hiss edib. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü meyit Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Qidadan götürülən numunələr Bakıya ekspertizaya göndərilib.
Ailə üzvlərinin bildirdiyinə görə, Səidə müəllimə şam yeməyi zamanı pomidor turşusundan istifadə edib. Mərhumun turşudan zəhərləndiyi istisna edilmir.
O.M.
Digər xəbərlər
.jpg)








































































.jpg)


.jpg)















