Hava limanında Bakıdan gələn sərnişindən 1,25 milyon pul müsadirə edilib
"Qaqarin" hava limanında Bakıdan gələn sərnişindən bəyan edilməmiş 1,25 milyon pul müsadirə edilib. Bu barədə Saratov vilayətinin gömrük idarəsi məlumat yayıb.
Söhbət nominal dəyəri 5 min rubl olan 250 əskinasdan gedir. Qreta adlı xidməti itin sayəsində Saratov gömrükçüləri onları "Qaqarin" hava limanında tapa biliblər. Pul gömrük nəzarəti zonasında “yaşıl dəhliz”i seçən Bakı-Saratov reysi ilə uçan sərnişinlərdən birinin baqajında olub. Onun əl yükünün yoxlanılması zamanı 1,25 mln. rubl tapılmışdır. Bu, ixrac normasından demək olar ki, 280 min rubl çoxdur. Qanuna görə, bu, 10 min ABŞ dolları ekvivalentindən artıq olmamalıdır.
Sərnişinlə bağlı Saratov gömrüyü, "Rusiya İnzibati Xətalar Məcəlləsinə" uyğun olaraq (fiziki şəxslər tərəfindən vəsaitlərin bəyan edilməməsi) pulu müsadirə edib.
E.Axund




















































.jpg)










































