Miçiqan ştatının Detroit şəhərində sinaqoqa rəhbərlik edən qadın-ravvin öldürülüb
Miçiqan ştatının Detroit şəhərində sinaqoqa rəhbərlik edən ravvin Samanta Uoll çoxsaylı bıçaq xəsarətləri ilə ölü tapılıb. Bu barədə "CNN" televiziyası şəhər polisinə istinadən məlumat yayıb . Onun sözlərinə görə, Samanta evinin yaxınlığında tapılıb, onun bədənində çoxlu sayda qan izləri olub . Hüquq-mühafizə orqanları cinayətin evin içərisində törədildiyini güman edirlər . Polis bildirib ki, qatilin motivi və şəxsiyyəti məlum deyil.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Miçiqan qubernatoru Qretxen Uitmer əyalət polisinin işə qarışdığını açıqlayıb . "FTB" də "CNN"-ə araşdırmada iştirakını təsdiqləyib.
E.Axund
Digər xəbərlər




















































.jpg)










































