Azərbaycanda 12 dekabrın kriminal xronikası

Azərbaycanda 12 dekabrın kriminal xronikası

13 Dekabr 2012 12:18
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 38 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmış, onların da 19-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 9 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

8 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.

Axtarışda olan Masallı rayon sakini Ramin Eynalov tutularkən 3 polis əməkdaşına və özünə bıçaqla xəsarət yetirmişdir

12.12.2012

Dekabrın 12-də Xəzər RPİ əməkdaşları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə axtarışda olan Masallı rayon sakini Ramin Eynalovun Mərdəkan qəsəbəsinin ərazisindəki yeni tikilmiş evlərdən birində yaşayan qardaşı Sahibin evində gizlənməsi müəyyən edilmişdir.
R.Eynalovun tutulması üçün həmin ünvana 3 nəfərdən ibarət əməliyyat qrupu gəlmişdir.
R.Eynalov saxlanılarkən qardaşı Sahiblə birgə bıçaq və küt alətlərlə polis əməkdaşlarına hücum etmiş və onlara xəsarət yetirmişlər. Sonradan R.Eynalov bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirmişdir.
Görülmüş tədbirlər nəticəsində Sahib tutulmuş, R.Eynalov isə xəstəxanaya yerləşdirilmişdir.
Araşdırma aparılır.

Nigar Məmmədovanı bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Rövşən Məmmədov tutulmuşdur

12.12.2012

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da Nigar Məmmədovanı bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Rövşən Məmmədov tutulmuşdur.

Axtarışda olan Anar Həsənov tutulmuşdur

12.12.2012

DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samara şəhər Dİİ tərəfindən RF CM-nin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Anar Həsənov tutulmuşdur.

Asif Məmmədova bıçaqla xəsarət yetirmiş Hacıqabul rayon sakini Ağaverdi Həşimov tutulmuşdur

12.12.2012

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də Asif Məmmədova bıçaqla xəsarət yetirmiş Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Ağaverdi Həşimov tutulmuşdur.

Ağdaş rayon sakini Elturan Yusibov tutulmuşdur

12.12.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin noyabr-dekabr aylarında müxtəlif vaxtlarda İqbal Bəşirova məxsus "MG-350" markalı avtomaşından 1 ədəd mobil telefonu, Vəzir İsmayılova məxsus "Mercedes" markalı avtomaşından 2 manat pulu, Bəyalı Məmmədova məxsus "Kia" markalı avtomaşından şəxsi sənədləri, Salman Hacıyevin idarə etdiyi "Mercedes" markalı avtomaşından 1700 manat pul və 1 ədəd saatı, Rüfət İsayevə məxsus "Nissan" markalı avtomaşından ətir oğurlamış, Rəşad Dadaşova məxsus "KİA-Sportage" markalı avtomaşından isə oğurluğa cəhd göstərmiş, eləcə də Məmmədiyə Əbdülrəhimova məxsus "Hyundai İX-35" markalı avtomaşının yan şüşəsini sındırmış Ağdaş rayon sakini Elturan Yusibov tutulmuşdur.

Soyğunçuluq etmiş Bakı şəhər sakini Aqil Abbasov tutulmuşdur

12.12.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da Rövşən Umudova qarşı soyğunçuluq etmiş digər iştirakçı - Bakı şəhər sakini Aqil Abbasov tutulmuşdur.

Mobil telefon oğurlamış Cəlilabad rayon sakini Əli Əhmədli tutulmuşdur

12.12.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də Namiq Abbasova məxsus mobil telefonu oğurlamış Cəlilabad rayon sakini Əli Əhmədli tutulmuşdur.

Pul və qızıl əşyaları oğurlamış Bakı şəhər sakini Anar Həsənov tutulmuşdur

12.12.2012

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Rasimə Qurbanovanın evindən qızıl əşyaları və ərzaq məhsullarını, fevralın 15-də Rasim Əliyevin evindən 950 manat pul və qızıl əşyalarını, noyabrın 29-da Afiq Yusifovun evindən qızıl əşyalarını və dekabrın 9-da Telman Əsədovun evindən 50 manat pul və qızıl əşyalarını oğurlamış Bakı şəhər sakini Anar Həsənov tutulmuşdur.

Nərimanov rayonu Ağa Nemətulla küçəsində yol-nəqliyyat hadisəsi

12.12.2012

Dekabrın 12-də saat 07.30 radələrində Nərimanov rayonu Ağa Nemətulla küçəsində müəyyən edilməmiş avtomaşınla Ağsu rayon sakini Kəmaləddin Abdullayev vurulmuşdur. Nəticədə K.Abdullayev aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Binəqədi rayonu E.Babayev küçəsində yol-nəqliyyat hadisəsi

12.12.2012

Dekabrın 11-də saat 22.00 radələrində Binəqədi rayonu E.Babayev küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Nazim Məmmədov vurulmuşdur. Nəticədə xəsarət almış N.Məmmədov xəstəxanaya yerləşdirilmişdir.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Yasamal rayonu Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi

12.12.2012

Dekabrın 11-də saat 15.00 radələrində Yasamal rayonu Şərifzadə küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Tahir Abdullayev vurulmuşdur. Nəticədə xəsarət almış T.Abdullayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bakı şəhər sakini Nazim Nəcəfova məxsus mənzildə təbii qazın sızmasından ani partlayış baş vermişdir

12.12.2012

Dekabrın 12-də saat 08.30 radələrində Nərimanov rayonu A.M.Cümə küçəsində Bakı şəhər sakini Nazim Nəcəfova məxsus mənzildə təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə mənzilin pəncərə şüşələri sınmış, evdəki əşyalar dağılmış, orada kirayədə yaşayan Qazaxıstan vətəndaşı Anastasiya Qudinova yanıq xəsarəti aldığından xəstəxanaya yerləşdirilmişdir.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

12.12.2012

Dekabrın 12-də Gəncə şəhəri Sadılı qəsəbəsindən orada yaşayan Gülnarə Məmmədova və onun qonağı, RF-nin vətəndaşı Tatyana Smirnova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Naxçıvan şəhər sakini Emin Əkbərov ölmüşdür

12.12.2012

Dekabrın 11-də Naxçıvan şəhərinin ərazisində Şahbuz rayon sakini Şahmar Məmiyev idarə etdiyi "Hyundai" markalı avtomaşınla yolu keçən şəhər sakini Emin Əkbərovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Əkbərov dekabrın 12-də orada ölmüşdür.
Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.

Abşeron rayon sakini Gülnarə İsmayılova dəm qazından boğulmuşdur

12.12.2012

Dekabrın 12-də Novxanı bağlar yaşayış sahəsindəki evlərdən birində yaşayan Məhərrəm İsmayılovun evində qardaşının qızı, Abşeron rayon sakini Gülnarə İsmayılova dəm qazından boğulmuşdur.

Gəncə şəhər sakini Aynurə Zeynalova dərmandan zəhərlənmişdir

12.12.2012

Dekabrın 12-də Gəncə şəhər sakini Aynurə Zeynalova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Qidadan zəhərlənmiş şəxslər xəstəxanaya gətirilmişlər

12.12.2012

Dekabrın 12-də Ağdam rayonu "Ergi" adlandırılan ərazidəki qış yatağından orada yaşayan Şuşa şəhər sakinləri Məhiyəddin İsmayılov, arvadı Tərlan, qızları Dürdanə, Səyalı, oğlanları Xaləddin, Seyfəddin, qohumları Arzuman Kərbalıyev qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.
Seyfəddin və Səyalı orada ölmüşlər.

Lənkəran rayonu Şıxəkəran kənd sakini azyaşlı Xədicə Məmmədova bacısı, azyaşlı Mirhədiyyəni boğaraq öldürmüşdür

12.12.2012

Dekabrın 12-də Lənkəran rayonu Şıxəkəran kəndində kənd sakini, azyaşlı Xədicə Məmmədova bacısı, azyaşlı Mirhədiyyənin boğazından iplə asılmış muncuğu burması nəticəsində Mirhədiyyə boğularaq ölmüşdür.

O.M.