Fransada naməlum şəxs bıçaqla məktəbə hücum edərək müəllimi öldürüb
Fransanın şimalındakı Arras şəhərində naməlum şəxs bıçaqla məktəbə hücum edib, bir müəllimi öldürüb, bir neçə nəfəri yaralayıb. Bu barədə oktyabrın 13-də "BFMTV" telekanalı məlumat yayıb.
“Arrasdakı Qambetta liseyində polis əməliyyatı keçirilib, cinayətkar polis tərəfindən saxlanılıb”, - Fransanın daxili işlər naziri Gerald Darmanen hadisəni təsdiqləyib.
Telekanalın məlumatına görə, hücum edən şəxs “Allahu Əkbər” qışqırıb, onun təxminən 20 yaşı var, bu liseyin keçmiş şagirdidir.
İyun ayında bıçaqla silahlanmış şəxs Fransanın Alp dağlarında Annesi gölü yaxınlığındakı parkda uşaqlara və böyüklərə hücum etmişdi. Müxtəlif mənbələrə görə, 7-dən 9-a qədər insan yaralanıb, onların əksəriyyəti təxminən üç yaşlı uşaqlardır. Sonradan məlum olub ki, saxlanılan şəxs Suriyadan olan qaçqın olub. O, 2023-cü ilin aprel ayının sonunda İsveçdən sığınacaq alıb.
E.Axund




















































.jpg)










































