Rusiyada səkkiz yaşlı uşaq hərbi komissarlığı yandırıb

Rusiyada səkkiz yaşlı uşaq hərbi komissarlığı yandırıb

6 Oktyabr 2023 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

İşğalçı ölkənin hərbi komissarlıqları alovlanmaqda davam edir. SHOT Telegram kanalı xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində səkkiz yaşlı uşaq hərbi komissarlığı yandırdığına görə saxlanılıb.

Bildirilir ki, uşaq hərbi komissarlığın ərazisindəki qarajı yandırıb, lakin qaçmağa vaxt tapmayıb və hadisə yerində yaxalanıb.

"Yanğın öz-özünə sönüb, qarajın içərisindəki mebellər yüngül yanıb, xəsarət alan olmayıb. Uşaq işçilərə deyib ki, o, sadəcə olaraq yaramazlıq etmək istəyib. Onun əqli inkişafının ləngidiyi məlum olub. Uşağa qarşı inzibati ittiham irəli sürülüb. Məktəblinin 41 yaşlı anasına qarşı “Valideynlərin yetkinlik yaşına çatmayanların saxlanması və tərbiyəsi üzrə öhdəliklərini yerinə yetirməməsi” maddəsi ilə cinayət işi açılıb.

Əziz Mustafa