Rusiyanın MTV kanalı bağlanır
Rəqabətdə internet saytlarına məğlub olan kanal indən belə “Пятница (Cümə)” adı ilə fəaliyyət göstərəcək
Rusiyanın ProfMedia televiziya holdinqinin prezidenti Nikolay Kartoziya rəhbərlik etdiyi MTV kanalının bağlanacağı haqda qərar qəbul edib. Media rəhbərinin yerli "Kommersant" qəzetinə verdiyi müsahibədə yeni qərarın səbəbləri açıqlanıb.
"Həqiqətən də 01 iyun tarixindən "MTV Rusiya" kanalının dalğasında "Cümə" adlı yeni informasiya-əyləncə kanalı fəaliyyət göstərəcək", - deyə məlumat verən N.Kartoziya rəqabətdə internet saytlarına məğlub olduqlarını etiraf edib: "Biz bir zamanlar sevdiyimiz musiqili kanaldan əsər-əlamət qalmayıb. İnternetlə rəqabətdə faciəvi şəkildə tamaşaçılarımızı itirmişik. Bu, kliplərin nümayişinin reytinqində daha çox bəlli olur. Odur ki, MTV bir musiqi kanalı kimi effektivliyini itirib".
O.M.
Digər xəbərlər
.jpg)


















.jpg)


.jpg)






































































