Bu gün gecə saatlarında ATV-nın əməkdaşı bıçaqlandı
Bu gün gecə saatlarında Bakıda növbəti bıçaqlanma hadisəsi qeydə alınıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 27 yaşlı şəhər sakini Nemət Eldar oğlu Cəfərov naməlum şəraitdə bıçaqlanıb. Yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, N. Cəfərov Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşıdır.
O.M.
Digər xəbərlər
.jpg)





























































































