Bakıda hazırda fəaliyyət göstərməyən poliklinika binasında yanğın baş verdi

Bakıda hazırda fəaliyyət göstərməyən poliklinika binasında yanğın baş verdi

11 Dekabr 2012 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 1300 kv.m olan, hazırda fəaliyyət göstərməyən ikimərtəbəli poliklinika binasının 2-ci mərtəbəsində 2 otağın tavanı və taxta konstruksiyalardan olan arakəsmə divarları 80 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Faktla bağlı araşdırma aparılır.

O.M.