Anasını tüfənglə öldürdü

Anasını tüfənglə öldürdü

29 Sentyabr 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Konya şəhərində 26 yaşlı Yusuf Furkan evdə anası Ayfer Akbayı tüfənglə vuraraq öldürüb. Qətl törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə tutularaq nəzarətə götürülüb. Səhər saat 06.30 radələrində Konyanın mərkəzi Karatay səmtinin Şems Təbriz-i Məhəlləsində 4 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verən hadisədə Yusuf Furkan anası Ayfer Akbayın yaşadığı evə gələrək onu öldürüb. Anası ilə xeyli mübahisədən sonra tüfənglə ona 3 dəfə atəş açaraq hadisə törədib. Qətl şübhəlisi özü ilə idman çantasını götürüb və heç nə olmamış kimi evi tərk edib. Türk polisinin mətbuata verdiyi açıqlamaya görə, şübhəli artıq tutularaq nəzarətə alınıb.

Murad Şahməmməd