
Üç günlük körpə xəstəxanadan qaçırıldı
Suriyalı ailənin 3 günlük körpəsi xəstəxanadan qaçırıldı. İzmirdəki Tepecik Təhsil və Araşdırma Xəstəxanasından 3 gün əvvəl doğulan suriyalı ailənin körpəsini götürüb müayinə adı ilə qaçırdan qadın saxlanılıb. Hadisə dünən günorta saatlarında Tepecik Təhsil və Araşdırma Xəstəxanasının Qadın Xəstəlikləri və Doğum Klinikasında baş verib.
Suriyalı ailəyə özünü tibb işçisi kimi təqdim edən qadın 3 gün əvvəl dünyaya gələn körpəni götürərək müayinə bəhanəsi ilə ordan uzaqlaşıb. Körpəni qucağına alıb aparan qadından xəbər tutmayan ailə vəziyyəti xəstəxana rəsmilərinə bildirib. Bundan dərhal sonra polis araşdırmalara başlayıb və xəstəxanadan çıxdıqdan sonra taksiyə mindiyi aşkarlanan qadının şəxsiyyətinin müəyyən edilərək tutulması üçün hərəkət başlayıb.
Tez bir zamanda qadın saxlanılıb. Qadınla birlikdə tapılan və vəziyyəti yaxşı olan körpə ailəsinə təhvil verilib. Türkiyə mətbuatının verdiyi xəbərə görə hazırda nəzarətə alınan qadının polisdə dindirilməsi davam edir.
Murad Şahməmməd