
Mühakimə olunduqdan aylar sonra yenidən polisə tabe olmamaqda ittiham olunur
"Mən geri çəkilmək fikrində deyiləm": Qreta Tunberq İsveçdəki etirazlarla bağlı yenidən məhkəmə qarşısına çıxacaq. İsveçli ətraf mühit fəalı polisin əmrinə tabe olmamağa görə altı aya qədər həbs cəzası ala bilər. Qreta Tunberq oxşar cinayətə görə mühakimə olunduqdan aylar sonra yenidən polisə tabe olmamaqda ittiham olunur. İyul ayında gənc nəslin iqlim dəyişikliyinə qarşı mübarizəsinin simvoluna çevrilən isveçli fəal polisin əmri ilə etiraz aksiyasını tərk etmədiyi üçün 2500 İsveç kronu (təxminən 200 avro) məbləğində cərimələnib.
Məhkəmə prosesində qız prokurorun hüquq-mühafizə orqanlarının əməkdaşlarının əmrinə tabe olmaması ilə bağlı fikirləri ilə razılaşsa da, zərurətdən hərəkət etdiyini deyərək təqsirini boynuna almayıb.
Tunberq Malmö Rayon Məhkəməsində jurnalistlərə deyib: “Elmə əməl edənlərin bunun əvəzini ödəməsi absurddur”.
Cəza hökmündən sonra daha diqqətli olub-olmayacağı ilə bağlı sualı cavablandıran fəal, iqlim dəyişikliyinə etiraz edənlərin geri çəkilməyəcəklərini deyib.
Hökm elan edildikdən bir neçə saat sonra, hərəkatının digər fəalları Malmö limanına qayıdıb və yanacaqdan istifadəyə etiraz etmək üçün neftlə dolu yük maşınlarının yolunu bağlayıblar. Nümayişçilər polis tərəfindən dağıdılıb.
Murad Şahməmməd