Biləcəridə çörəkbişirmə sexində partlayış oldu
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən çörəkbişirmə sexində partlayış olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Müəyyən olunmuşdur ki, partlayış nəticəsində yanğın olmamış, sex və ona bitişik tikili zədələnmişdir. İlkin məlumata əsasən, 3 nəfər xəsarət almışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.
Digər xəbərlər

.jpg)




























































































