Rus modelin evində oğurluq

Rus modelin evində oğurluq

15 Sentyabr 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulda rus model Aleksandra Seriakovanın yaşadığı evə girən oğru 500 min lirə dəyərində qızıl-zinət əşyaları oğurlayaraq yoxa çıxıb. 5 illik əməyinin oğurlandığını deyən Seriakova oğrunun və ya oğruların tapılmasını istəyir.

İddialara görə, 12-ci mərtəbədə yaşayan rusiyalı model Aleksandra Seriakova axşam saatlarında SPA-ya gedib. 24 yaşlı model bir saat sonra evə gələndə zinət əşyaları qutusunun açıq olduğunu və 500 min lirəlik boyunbağısının itdiyini görüb. O, dərhal binanın rəhbərliyinə və polisə xəbər verib. Polis qrupları evdə barmaq izi və sübut işləri aparıb. Yaşayış binasının foyesi və xarici kamera qeydləri araşdırılıb. Polis oğru və ya oğruları tutmaq üçün işini davam etdirir.

Murad Şahməmməd