Sevgilisindən ölüm tələsi

Sevgilisindən ölüm tələsi

14 Sentyabr 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ankarada yaşayan Fatih Sürücü sevgilisinin çağırışı ilə onun evinə gedib. Qapını isə sevgilisinin əvəzinə onun əli dəyənəkli qohumları açıblar. Fatih Sürücü evdə dəqiqələrlə döyülüb. Məlumat alan kimi hadisə yerinə gələn polislər, xəstəxanaya qaldırılan Fatih Sürücünün dünyasını dəyişdiyini bildiriblər. Oğlunun pusquya düşdüyünü iddia edən kədərli ana: «Onu çox döyüblər. O qədər döyüblər ki, hətta üstünə su töküblər, isladıblar, yenidən döyüblər» deyə bildirib. Digər tərəfdən sevgilisinin Fatih Sürücüyə göndərdiyi bəzi mesajlar da üzə çıxıb. Hazırda Fatih Sürücünün sevgilisinin qohumları tərəfindən dəqiqələrlə zorakılığa məruz qaldığı iddia edilir. Şikayət əsasında hadisənin baş verdiyi mənzilə çoxlu polis əməkdaşları göndərilib. Tərəflərin ifadələri alınmaq üçün onlar polis bölməsinə aparılıblar. Oğlunun niyə belə hücuma məruz qaldığını bilməyən kədərli ailə günahkarların ağır cəzalandırılmasını istəyir. Kədərli ana Hülya Sürücü: «Oğlum, bu qız sənə bəla gətirər, dedim baxmadı» deyə gileylənib.

Murad Şahməmməd