
Ağıla sığmayan fırıldaqçılıq
16 fərqli işdə çalışan qadın heç işə getmədən 3 il ərzində 7 milyon dollar qazanıb. Çində bir qadın 3 il ərzində 16 fərqli işdə çalışaraq və heç işə getmədən 7 milyon dollar qazanc əldə edib. Qadının görüşə bilmədiyi iş təkliflərini dostlarına yönləndirdiyi və onlardan komissiya aldığı məlum olub. İstintaq çərçivəsində dələduzluq şəbəkəsində 53 nəfər həbs edilib. Çində 3 il ərzində 16 fərqli işdə çalışırmış kimi davranan və heç işə getməyən qadın və ona məxsus şəbəkə tutulub. 53 nəfər həbs olunarkən, 16 işdə çalışmış, lakin heç bir işə düzəlməmiş fırıldaqçı qadının 7 milyon dollar qazandığı müəyyən edilib.
Çində ağlasığmaz fırıldaq hadisəsi baş verib. «Guan Yue» təxəllüsündən istifadə edən qadın 3 il ərzində 16 müxtəlif korporativ işdə çalışmasına baxmayaraq, heç vaxt işə getməyib. Çoxlu iş təklifi alanda işi dostlarına yönləndirən qadın onlardan komissiya alıb. 3 ildə 7 milyon dollar qazanc əldə edən qadının ərini də bu planına daxil etdiyi və cütlüyün qazandıqları pulla Şanxayda mənzil aldıqları müəyyən edilib. Bir texnologiya şirkətinin baş direktoru qadının oyununu korlayıb. Sosial şəbəkədə işçilərindən birinin eyni vaxtda başqa şirkətdə işlədiyini görən baş direktor polisə şikayət edib. Dələduzluq cinayətinin üstü açılanda şəbəkədə 53 nəfər tutularaq həbsxanaya göndərilib.
Murad Şahməmməd