
Amerikalı aktyor zorlamaya görə 30 il müddətinə azadlıqdan məhrum edilib
ABC News xəbər verir ki, "O "70s Show" serialının aktyoru Denni Masterson iki qadına təcavüz etdiyinə görə 30 il həbs cəzasına məhkum edilib.
Aktyor hər ittiham üçün ardıcıl iki dəfə 15 il müddətində cəza çəkəcək, çünki ona hər qadını zorlamaya görə 15 il iş verilib. İki qadını zorladığına görə isə bu üst-üstə 30 il edir.
Keçmiş sevgilisi də daxil olmaqla üç fərqli qadının iddialarından sonra Masterson özü üç dəfə zorlamada günahkar olmadığını iddia edib. Onu zorlamada günahlandıran 3 qadından yalnız ikisinin dedikləri doğru çıxıb.
Əziz Salamoğlu
Digər xəbərlər