Məhbus yük maşınının altında həbsxanadan qaçıb

Məhbus yük maşınının altında həbsxanadan qaçıb

7 Sentyabr 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə məhbus həbsxanadan yük maşınının altında qaçıb. London Polisi İngiltərədə terror aktlarını dəstəkləmək və terrorçularla məlumat paylaşmaq ittihamı ilə saxlanılan 21 yaşlı keçmiş əsgər Daniel Abed Xalifin həbsxanadan qaçdığını açıqlayıb. Xalifin yük maşınının altından yapışaraq qaçdığı güman edilir. Polisin verdiyi açıqlamada məhbusun bu gün səhər saat 7:50 radələrində Londondakı «HMP Wandsworth» həbsxanasından qaçdığı bildirilib. Ağ köynək, qara çəkmə və kvadrat naxışlı şalvar geyindiyi bildirilən keçmiş əsgərin hələ də Londonda olduğunu təxmin edən polis, vətəndaşlardan məhbus haqqında məlumatı polislə bölüşmələrini istəyib.

Məhbus keçən il yanvarın 27-də hakim qarşısına çıxıb və həbs olunmaq üçün «HMP Wandsworth» həbsxanasına yerləşdirilib. Üç fərqli terror ittihamı ilə mühakimə olunan məhbus, terror aktı törətməsi və ya təhrik etməsi, şübhəli əşyaları partlayışa və ya yanğına səbəb olmaqla özünə, başqalarına və ya əmlakına ziyan vuracaq şəkildə yerləşdirmək və məlumat, sənəd təqdim etməklə Dövlət Sirrləri Qanununu pozaraq düşmənlərin xeyrinə yayımlamaq və onlarla əlaqə saxlamaq maddələri ilə təqsirkar bilinib.

Murad Şahməmməd