Azərbaycanda 05 dekabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınmış, onların da 36-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 16 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.
5 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.
Arvadı Rəfiqəni küt alətlə qətlə yetirmiş Cəbrayıl rayon sakini Xudaverdi Verdiyev özünə bıçaqla xəsarət yetirmişdir
05.12.2012
Dekabrın 5-də Şirvan şəhərindəki sürücülük məktəbinin yataqxanasında, orada yaşayan Cəbrayıl rayon sakini Xudaverdi Verdiyev ailə münaqişəsi zəminində arvadı Rəfiqəni küt alətlə qətlə yetirmiş, sonra isə özünə bıçaqla xəsarət yetirmişdir. X.Verdiyev xəstəxanaya yerləşdirilmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Avtomaşını qaçırmış Mərdəkan qəsəbə sakini Əzizağa Cəlilov saxlanılmışdır
05.12.2012
Dekabrın 5-də Xəzər rayonu Şağan qəsəbəsinin ərazisindən qəsəbə sakini Feyruz Şiriyevə məxsus "TOFAŞ" markalı avtomaşın qaçırılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonunun ərazisindəki DİN BDYPİ YPXA-nın postunda avtomaşını qaçırmış Mərdəkan qəsəbə sakini Əzizağa Cəlilov, sərnişini - Kürdəmir rayon sakini Afiyəddin Əbilov ilə birgə saxlanılmış və araşdırmalar aparılması üçün Xəzər RPİ-nə təhvil verilmişlər. İlkin yoxlama Xəzər RPİ tərəfindən aparılır.
Oğurluqda şübhəli bilinən Lənkəran rayon sakinləri Cavanşir Kərimov, Mühəddin Cəbiyev və Zakir Sadıxov tutulmuşlar
05.12.2012
Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də Mürvət Həsənliyə məxsus fermadan 8000 ədəd ev quşunu oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri Cavanşir Kərimov, Mühəddin Cəbiyev və Zakir Sadıxov tutulmuşlar.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Hüseynov tutulmuşdur
05.12.2012
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də Pərvanə Əliyevanın mənzilindən qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Hüseynov tutulmuşdur.
Avtomaşınlardan səs siqnalı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Səfərov və İmişli rayon sakini Faiq Abdullayev tutulmuşlar
05.12.2012
Nərimanov RPİ 16-cı və 18-ci PB əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də İsmayıl Qasımova məxsus "Toyota" markalı avtomaşından səs siqnalını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Səfərov və İmişli rayon sakini Faiq Abdullayev tutulmuşlar. Q.Səfərovun və F.Abdullayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin noyabr ayının 18-nə keçən gecə A.Alı küçəsində Bakı şəhər sakini Rəşad Rəhimovun idarə etdiyi "Mercedes" markalı avtomaşından da səs siqnalını oğurlaması müəyyən edilmişdir.
T.Hümbətova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Elvin Quliyev tutulmuşdur
05.12.2012
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də T.Hümbətova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Elvin Quliyev tutulmuşdur.
Oğurluqda şübhəli bilinən İmişli rayon sakini Şahmar Həşimov tutulmuşdur
05.12.2012
İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də Cavid Qurbanovun evindən 12 manatını və qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakini Şahmar Həşimov tutulmuşdur.
Oğurluq etməkdə şübhəli bilinən Balakən rayon sakini Ələsgər Məmiyev tutulmuşdur
05.12.2012
Noyabrın 27-də Zaqatala rayonunun Aşağı Tala kənd sakini İbrahim Şirdanova məxsus 8 baş inəyin itməsi barədə verilmiş məlumatla əlaqədar cinayət işi başlanmışdır. Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Ələsgər Məmiyev tutulmuşdur.
Qobustan rayonunun Mərəzə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
05.12.2012
Dekabrın 5-də saat 08.30 radələrində Qobustan rayonunun Mərəzə qəsəbəsi ərazisində Oğuz rayon sakini Vüqar Hacıyevin idarə etdiyi "Mercedes Vito-111" markalı və Ucar rayon sakini Cəlal Abışovun idarə etdiyi "KamAZ 65115" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış V.Hacıyev və sərnişinləri - Oğuz RPŞ-nin əməkdaşları Əbdüləzəl Əsədov, Elşad Məmmədov, Kərim İsmayılov, Vüqar Feyzullayev, Rəşad Həkimov, Nadir Orucov DİN-nin hospitalına yerləşdirilmişlər. DİN BDYPİ tərəfindən araşdırma aparılır.
Yasamal rayonu Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi
05.12.2012
Dekabrın 5-də saat 20.55 radələrində Yasamal rayonu Şərifzadə küçəsində Bakı şəhər sakini Telman Məmmədov idarə etdiyi "VAZ-21015" markalı avtomaşınla həmyerlisi Zahid Qafarovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Z.Qafarov orada ölmüşdür. Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Yasamal rayonu M.Sübhi küçəsində yol-nəqliyyat hadisəsi
05.12.2012
Dekabrın 4-də saat 10.30 radələrində Yasamal rayonu M.Sübhi küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Aygün Əliyeva vurulmuşdur. Nəticədə xəsarət almış A.Əliyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Suraxanı rayonunda narkotik şəbəkə zərərsizləşdirilmişdir
05.12.2012
Suraxanı RPİ əməkdaşları 30-cu Polis Bölməsinin inzibati ərazisində xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı narkotik vasitələrin qanunsuz istehsalı ilə məşğul olan Hövsan qəsəbə sakini, 2008-ci ildən axtarışda olan İsgəndər Nuru oğlu Səfərov saxlanılmışdır. Onun yaşadığı evdən 250 qutu marixuana, əlavə olaraq 20 kiloqram narkotik vasitə və narkotik bitkilərin becərilməsi üçün lazım olan xüsusi vasitələr aşkar edilərək götürülmüşdür. Hazırda polis ifşa olunan şəbəkədə narkotik vasitələrin istehsalı ilə məşğul olan digər şəxslərin olub-olmadığını araşdırır. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Balakən rayonu Qazbinə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
05.12.2012
Dekabrın 5-də saat 22.55 radələrində Balakən rayonu Qazbinə kəndi ərazisində müəyyən edilməmiş avtomaşınla Hənifə kənd sakini Cəfər Əzizov vurulmuşdur. Nəticədə xəsarət almış C.Əzizov xəstəxanaya yerləşdirilmişdir. DİN BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Zakir Hüseynov ölmüşdür
05.12.2012
Dekabrın 1-də Nizami rayonu Babək prospektində Bakı şəhər sakini Azər Nəbiyev idarə etdiyi "Mercedes" markalı avtomaşınla Zakir Hüseynovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Z.Hüseynov dekabrın 5-də orada ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.
Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində qəza hadisəsi
05.12.2012
Dekabrın 5-də saat 12.05 radələrində Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində yükü xam neft olan qatarın 1 vaqonu relsdən düşmüşdür. Qatarların hərəkəti dayanmamış, yük dağılmamış və xəsarət alan olmamışdır. Görülmüş tədbirlər nəticəsində vaqon relsə qaldırılmışdır.
Spirtli içkidən koma halında xəstəxanaya gətirilmiş Nizami Hacıyev orada ölmüşdür
05.12.2012
Dekabrın 5-də Sumqayıt şəhəri 4-cü mikrorayonda yaşayan Nizami Hacıyev mənzilindən spirtli içkidən koma halında xəstəxanaya gətirilmiş və həmin gün orada ölmüşdür.
Ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 35.000 ədəd partlayıcı oyuncaqlar götürülmüşdür
05.12.2012
DİN Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ və Xəzər rayonları ərazisindəki 2 ticarət obyektindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 35.000 ədəd partlayıcı oyuncaqlar götürülmüşdür.
Biləcəri qəsəbəsindəki Hərbi Şəhərcikdə yaşayan Aynur Baxşıyeva və qızı Zəhra evlərindən dəm qazından zəhərlənmişlər
05.12.2012
Dekabrın 5-də Biləcəri qəsəbəsindəki Hərbi Şəhərcikdə yaşayan Aynur Baxşıyeva və onun azyaşlı qızı Zəhra evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər. Zəhra orada ölmüşdür.
Sumqayıt şəhərində yaşayan Rövşən Mehdiyev dəm qazından zəhərlənmişdir
05.12.2012
Dekabrın 5-də Sumqayıt şəhəri 9-cu mikrorayonda yaşayan Rövşən Mehdiyev evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.
Masazır qəsəbə sakini Nuray Bəşirli və Xırdalan şəhər sakini Vəfa Ömərova dərmandan zəhərlənmişlər
05.12.2012
Dekabrın 5-də Abşeron rayonu Masazır qəsəbə sakini Nuray Bəşirli evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir. Dekabrın 5-də Xırdalan şəhər sakini Vəfa Ömərova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.
O.M.














































.jpg)
















































