Erməni əsilli bir qrup Azərbaycan səfirliyinin binasına boya və partlayıcı butulkalarla hücum ediblər

Erməni əsilli bir qrup Azərbaycan səfirliyinin binasına boya və partlayıcı butulkalarla hücum ediblər

31 Avqust 2023 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə mətbuatının verdiyi xəbərə görə, 50 nəfərdən ibarət erməni qrupu Azərbaycanın Livandakı səfirliyinə hücum edib. Səfirlik binasına boya və partlayıcı butulkalarla hücum edən qrup səfirliyə böyük ziyan vurub.

Bəyanatda bildirilib ki, Livanda aksiya təşkil edən 50-yə yaxın erməni əsilli şəxs Beyrutdakı səfirliyin inzibati binasının ətrafındakı hasarları sındıraraq səfirliyin inzibati binasına boya və partlayıcı maddələr olan butulkalar atıblar. Hücum nəticəsində səfirlik əməkdaşının xəsarət almadığı bildirilən bəyanatda bu ifadələrə yer verilib: «Hadisə ilə bağlı diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan təşkilata məlumat verildikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər. Təxribatçıları bölgədən uzaqlaşmağa müvəffəq olublar. Livan Xarici İşlər Nazirliyinə səfirliyə edilən bu hücumla bağlı cinayətkarların müəyyən edilərək tutulması üçün mövzu ilə bağlı nota təqdim edilib və müvafiq tədbirlər həyata keçirilməyə başlanıb».

Açıqlamada səfirlikdə təhlükəsizlik tədbirlərinin artırıldığı və hücumla bağlı istintaqın davam etdiyi qeyd edilib.

Murad Şahməmməd