ABŞ Roman Semenovu çirkli pulların yuyulmasında ittiham edib

ABŞ Roman Semenovu çirkli pulların yuyulmasında ittiham edib

24 Avqust 2023 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hakimiyyəti Tornado Cash-in təsisçilərindən biri rus Roman Semenovu bir milyard dolların yuyulmasında ittiham edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Qeyd edək ki, Tornado Cash, Ethereum şəbəkəsində və bir sıra digər blokçeynlərdə əməliyyatları anonimləşdirməyə imkan verən mərkəzləşdirilməmiş protokoldur. Bu saytda kriptovalyutalarla izlənilməsi mümkün olmayan əməliyyatlar həyata keçirilib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Semenov ortağı amerikalı Roman Storm ilə birlikdə digər cinayətkarlara pulların yuyulmasına kömək etmək üçün hazırlanmış bir sxem yaratdı. Eyni zamanda, agentlik hesab edir ki, rusiyalının yuduğu pulların yüz milyonlarla hissəsi Şimali Koreyalı hakerlər üçün nəzərdə tutulub.

Semyonov və Storm çirkli pulların yuyulması üçün cinayət əməlində və Fövqəladə Beynəlxalq İqtisadi Səlahiyyətlər Aktını pozmaqda ittiham olunurlar. ABŞ Departamentindən verilən açıqlamaya görə, bu maddələrin hər birinə görə onları 20 ilə qədər həbs gözləyir.

Əziz Mustafa