Dünya bu vəhşilikdən danışır: 7 körpəni vəhşicəsinə öldürdü: Qan donduran detallar…
İngiltərənin Çester şəhərində Lucy Letby adlı tibb bacısı 7 yeni doğulmuş körpəni öldürməkdə və 6 yeni doğulmuş uşağı öldürməyə cəhddə günahkar bilinib. Dəhşətli hadisə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
İngiltərənin Çester şəhərindəki "Countess Of Chester" xəstəxanasında işləyən 33 yaşlı tibb bacısı Lüsi Letbinin 2015 və 2016-cı illərdə yeni doğulan körpələri öldürdüyü üzə çıxıb. Vəhşilik bomba kimi gündəmə düşdükcə dəhşətli detallar üzə çıxıb.
Mançester Kral Məhkəməsində hakim qarşısına çıxan Letbi işlədiyi xəstəxananın neonatal bölməsində 7 körpəni öldürməkdə və 6 körpəni öldürməyə cəhddə günahkar bilinib.
Prokurorluqdan verilən açıqlamada Letbinin yeni doğulan körpələrə insulin vuraraq zəhərlədiyi, bəzi körpələrə isə hava və süd vuraraq öldürməyə çalışdığı bildirilib.
Digər tərəfdən, Letbinin saxlanmasından sonra tibb bacısının evində axtarış aparan polis şokedici qeydlər tapıb.
Soyuqqanlı qeydlərdə bu ifadələr yer alıb: "Onlara yaxşı baxa bilmədiyim üçün öldürdüm. Mən çox pis adamam. Mən bunu edən bir iblisəm".
Xəstəxananın baş direktoru Alison Kelli də, uşaq ölümü ilə bağlı ciddi narahatlıqlara baxmayaraq heç bir hərəkət etmədiyi üçün saxlanılıb.
Murad Şahməmməd



















































































.jpg)
.jpg)
.jpg)









