Dəm qazı Bakıda 23 yaşlı gəncin həyatına son qoydu
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb. Orada yaşayan, 23 yaşlı Rəşad Babayev dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər





























































































