Xəzərdə itkin düşən balıqçılar xilas edildilər

Xəzərdə itkin düşən balıqçılar xilas edildilər

4 Dekabr 2012 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, 02 dekabr 2012-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla dənizə çıxmış və geri qayıtmamış 4 nəfər balıqçının yeri müəyyən olunmuşdur. Onlardan biri xilas edilərək Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterinin göyərtəsinə qaldırılmışdır. Digər 3 nəfər helikoperin göyərtəsinə qalxmaqdan imtina etmişdir. Məlum olmuşdur ki, qayıq yanacaq bitdiyi üçün dənizdə qalmışdır. Digər 3 balıqçı isə saat 23:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilmiş, qayıq isə yedəyə alınmışdır.

O.M.