Azərbaycanda 01 dekabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 11-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 13 nəfər tutulmuşdur.
Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
01.12.2012
Dekabrın 1-də saat 16.10 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakinləri Çingiz Mahmudzadə "Nissan" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə xəsarət almış sürücü və sərnişini Tufan Ağakərimov xəstəxanaya yerləşdirilmişlər. Sərnişin orada ölmüş, sürücünün vəziyyəti isə orta-ağırdır.
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisələri
01.12.2012
Noyabrın 30-da saat 22.40 radələrində Sabunçu rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Rasim Mahmudov vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Noyabrın 30-da saat 22.30 radələrində Sabunçu rayonu ərazisində , müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakinləri Sona Cəbrayılova və Leyla Balaoğlanova vurulmuşlar. Nəticədə xəsarət almış piyadalara tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.12.2012
Dekabrın 1-də saat 18.15 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində, Göyçay şəhər sakini Əfqan Musayevin idarə etdiyi "VAZ-2107" və Goranboy rayon sakini Elçin Böyükkişiyevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ə.Musayev və sərnişini - oğlu Vüsal aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər.
Siyəzən rayonunun Qarabulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.12.2012
Dekabrın 1-də saat 09.00 radələrində Siyəzən rayonunun Qarabulaq kəndi ərazisində, Siyəzən şəhər sakinləri Əhəd Allahverdiyevin idarə etdiyi "Niva" markalı və Etibar Qəniyevin idarə etdiyi "Moskviç" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Qəniyevin sərnişini Anar Hacıyev hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Xətai rayonu ərazisində yaşayan Timur Hacıyevə məxsus avtomaşından evinə keçən yanğın baş vermişdir
01.12.2012
Dekabrın 1-də saat 18.30 radələrində Xətai rayonu ərazisində yaşayan Timur Hacıyevə məxsus "VAZ-21011" markalı avtomaşından evinə keçən yanğın baş vermişdir. Nəticədə avtomaşının yanar konstruksiyaları, habelə evin dam örtüyü yanmışdır.
Mobil telefon oğurlamış Mərdəkan qəsəbə sakini Nazir Talıbov saxlanılmışdır
01.12.2012
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da Sabunçu Dəmir Yolu Stansiyasının ərazisində Biləsuvar rayon sakini Sübhan Haqverdiyevə məxsus mobil telefonu oğurlamış Mərdəkan qəsəbə sakini Nazir Talıbov saxlanılmışdır.
Sumqayıt şəhər ərazisindən 3 ədəd qumbara tapılmışdır
01.12.2012
Sumqayıt ŞPİ əməkdaşları tərəfindən şəhər ərazisindən 3 ədəd qumbara tapılmışdır.
Oğurluq etmiş Goranboy rayon Yeni qəsəbə sakini Vüsal Məmmədov tutulmuşdur
01.12.2012
Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il noyabrın 26-da Adil Məmmədovun evindən 5000 manat pul oğurlamış Yeni qəsəbə sakini Vüsal Məmmədov tutulmuşdur.
Dəm qazından zəhərlənmədən iki nəfər ölmüşdür
01.12.2012
Dekabrın 1-də Bərdə rayonunun Cəyirli kənd sakini Taleh İsgəndərovun evində, qonaqları Tərtər rayon sakinləri Təhminə Abbasova və onun bacısı Röya dəm qazından zəhərlənmişlər. Xəstəxanaya gətirilmiş Röya orada ölmüş, T.Abbasovanın vəziyyəti isə orta-ağırdır.
Dekabrın 1-də Suraxanı rayonu ərazisində kirayədə yaşayan Astara rayon sakini Vüqar Yaqubov dəm qazından boğularaq ölmüşdür.
Qax rayon sakini Taleh Osmanov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür
01.12.2012
Dekabrın 1-də Qax rayonunun Əlibəyli kəndi ərazisindəki meşə yolunda, Sarıbaş kənd sakini Taleh Osmanov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
O.M.
.jpg)












.jpg)


.jpg)












































































