ABŞ prezidenti Baydeni hədələyən şəxs atışmada öldürülüb

ABŞ prezidenti Baydeni hədələyən şəxs atışmada öldürülüb

10 Avqust 2023 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Baydeni təhdid edən Yuta ştatından olan şübhəlinin Federal Təhqiqat Bürosu (FTB) qrupları tərəfindən tutulmağa çalışarkən atışmada öldürüldüyü bildirilib.

FTB-nin yazılı açıqlamasında, Baydenin səfərindən əvvəl Craig Deleeuw Robertson-un Yuta ştatının Solt Leyk Siti şəhərində evində həbs prosesi zamanı çıxan qarşıdurmada öldüyü bildirilib.

Məhkəmə qeyd edib ki, o, prezident Baydeni, Nyu-York dairəsinin prokuroru Alvin Braqq və Nyu-Yorkun baş prokuroru Letitia Ceymsi hədələyib.

​Utah ştatının ABŞ Dairə Məhkəməsinə təqdim edilən işdə Robertson Facebook-da "Bir və ya iki prezidentə sui-qəsdin vaxtıdır. Əvvəlcə Co, sonra Kamala!!" deyə açıqlama vermişdi.

Şübhəli Robertsonun 70-75 yaş arasında olduğu və AR-15 tipli yarı avtomatik tüfəng daşıdığı vurğulanıb.

Mövzu ilə bağlı Baydenə FTB tərəfindən məlumat verildiyi bildirilib.

Murad Şahməmməd