Qolları və ayaqları kəsilərək çəlləkdə yandırıldı
Rusiyanın qərbindəki Çelyabinsk şəhərində qan donduran hadisə baş verib. 2009-cu ildə 19 yaşında yoxa çıxan Yekaterina B. adlı qadın illər sonra ortaya çıxıb. Aradan keçən 14 ildə yaşadıqları qan dondurub. Evin zirzəmisində tikilmiş zindanda saxlandığını deyən qadın kabusunu danışıb.
2009-cu ildə qərbdəki Çelyabinsk şəhərində 19 yaşında yoxa çıxan Yekaterina B. 14 ildən sonra yenidən gündəmə gəlib. İndi 33 yaşlı qadının başına gələnlər ağlasığmazdır... İllərcə zindanda ruhi xəstə tərəfindən işgəncələrə məruz qalan qadının hekayəsi çoxlarını şoka salıb...
2009-cu ildə vağzalda tanış olduğu Vladimir Çeskidov adlı şəxslə içki içən və sonra kişinin dəvətini qəbul edən qadından həmin gündən sonra heç bir xəbər yoxdur. 33 yaşlı Yekaterina illərlə "zindan" adlandırdığı evin zirzəmisində saxlandığını və seks köləsi edildiyini söylədi. 51 yaşlı psixotik pozğun tərəfindən tutulduğunu deyən Yekaterina ona işgəncə verilməsinə azğın Vladimirin anasının da kömək etdiyini bildirib.
Dünyanın gündəminə gələn hadisənin təfərrüatları qan dondurub. Sonda Vladimir Çeskidov hakim qarşısına çıxıb. O, 14 il davam edən işgəncəni bu sözlərlə izah edib: "Bütün bunları sevdiyim üçün etdim. Yekaterina razılıq vermişdi".
Məlum olub ki, Çeskidovun anası, 72 yaşlı Valentina Çeskidova da başqa bir işdə yoxa çıxan qadının ölümündə ittiham olunur. Valentina Çeskidova təqsirli bilinərsə, o, adam oğurluğuna köməklik etməkdə ittiham olunaraq 15 ilədək həbs cəzası ala bilər. Valentina Çeskidov hadisə ilə bağlı bunları deyib: "Oğlum Yekaterinaya pis bir şey etməyib. Yekaterina könüllü olaraq burada qalıb. Oğluma qoşulub kraliça kimi yaşayıb. Onu heç kim zorla saxlamayıb. Öz istəyi ilə qalıb. Bizim evimizdə bütün qapılar açıqdır".
Çeskidovun Oksana adlı qadının ölümündə də ittiham olunduğu açıqlanıb. Polislər Oksananın qalıqlarını evin damında tapdıqlarını açıqlasa da, 30 yaşlarında olan qadının tikə-tikə doğrandığını və sonradan bu parçaların qaynadıldığını bildirilib.
Polis tərəfindən saxlanılan Çeskidov hakimə Yekaterina ilə münasibətindən danışıb. O, Yekaterinaya təcavüz etmədiyini, münasibətlərinin sevgi və razılıq üzərində qurulduğunu bildirib. Rusiya polisi Çeskidovun evində araşdırmalarını davam etdirir. Yekaterina azadlığa çıxandan sonra bacısı Yelena F.-ya zəng edərək hər şeyi danışıb. Rusiya mətbuatına danışan Yelena, "Mənə hər şeyi danışmağa başladı. Bir kişinin onu qaçırdığını, bağladığını söylədi. Həmin şəxsin əlində bıçaq olduğunu və evdən qaçmaq istəsə, onu cəzalandırdığını söylədi”.
Yelena bildirib ki, bacısı evdə 19 yaşlı başqa bir qadın olduğunu deyib və Çeskidov onu “arvadım” deyərək bacımla tanış edib. Daha sonra bu qadın mübahisə zamanı Çeskidov tərəfindən bıçaqlanaraq öldürülüb. O bildirib ki, Çeskidov Yekaterinanı “özünü pis aparsan, bu sənin də başına gələcək” sözləri ilə hədələyib.
Rusiyanın bəzi xəbər saytlarındakı xəbərdə bu qadının qollarının və ayaqlarının kəsilərək çəlləkdə yandırıldığı bildirilib.
Murad Şahməmməd




















































.jpg)










































