Müharibədən qayıdan sərxoş "Vaqnerovçu" altı nəfəri öldürüb

Müharibədən qayıdan sərxoş "Vaqnerovçu" altı nəfəri öldürüb

3 Avqust 2023 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Kareliyanın Derevyannoye kəndində avqustun 1-də iki ailənin 6 üzvü vəhşicəsinə qətlə yetirilib,onların evləri isə yandırılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə “MK-Karelia”nın yaydığı məlumatda deyilir.

“MK-Karelia” yazır ki, əvvəllər zorlama və narkotik maddələrə görə cəza çəkən 37 və 38 yaşlı iki kişi sərxoş halda qətliam törədib. Sərxoş vəziyyətdə olan münaqişə zamanı onlar ziyafətin dörd iştirakçısını - iki qardaş, bir bacı və onların tanışlarından birini bıçaqlayıblar və cinayətin izlərini gizlətmək üçün evə od vurublar.

Sonra onlar ata və oğulun yaşadığı başqa bir evə baş çəkməyə gedərərk ev sahiblərinə bıçaqla ölümcül zərbələr endirib, sonra da evi yandırıblar.

Tezliklə cinayəti törədən şəxslər həbs edilib.

Əziz Salamoğlu