Sərnişin mikroavtobusuna molotof kokteylinin atılması nəticəsində 2 nəfər ölüb

Sərnişin mikroavtobusuna molotof kokteylinin atılması nəticəsində 2 nəfər ölüb

2 Avqust 2023 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Seneqalın paytaxtı Dakar ətrafında sərnişin mikroavtobusuna molotof kokteyli atılması nəticəsində iki nəfər həyatını itirib. Daxili işlər naziri Antuan Feliks Abdoulaye Diome hadisəni "terror hücumu" kimi qiymətləndirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Dakar şəhərinin Hann Bel-Air qəsəbəsində sərnişin mikroavtobusuna molotof kokteyli atılıb. Hadisə zamanı 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb. Hadisə yerinə gələn daxili işlər naziri Antoine Felix Abdoulaye Diome mətbuata verdiyi açıqlamada hadisəni "terror hücumu" olaraq qiymətləndirib və hücumun maskalı və motosikletli 7 nəfər tərəfindən həyata keçirildiyini bildirib. Diome hücumu törədənlərin çox qısa zamanda tutulacağını bildirib.

Murad Şahməmməd