Rusiyalı qadın onu 14 il əsirlikdə saxlayan manyakdan qurtulub

Rusiyalı qadın onu 14 il əsirlikdə saxlayan manyakdan qurtulub

26 Avqust 2023 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

"Cani qızı ayrıca otağa salaraq qapısını asma qıfılla bağlayıb, pəncərəyə barmaqlıq qoyub, bu illər ərzində qızı zorlayıb və onu divan tutacağı ilə təhdid edib..."

Rusiyanın Çelyabinsk vilayətinin sakini 2009-cu ildə 19 yaşlı qızı oğurlayıb. Zərərçəkən əsirlikdən yalnız bu ilin iyul ayında qurtula bilib.

Bu barədə "Baza" nəşri yazıb. Məlumatı "super.ru" nəşri yayıb.

Zərərçəkənlə oğrunun görüşü Çelyabinsk dəmiryol vağzalında baş verib.

37 yaşlı kişi qızı evinə dəvət edib, qız razılaşıb və onunla birlikdə Smolino qəsəbəsinə gedib.

Sonra kişi qonağını ayrıca otağa salaraq qapısını asma qıfılla bağlayıb və pəncərəyə barmaqlıq qoyub.

Bu otaqda qız növbəti 14 ilini keçirib. Bütün bu müddət ərzində cinayətkar onu zorlayıb və divan tutacağı ilə təhdid edib.

Bəlli olub ki, oğrunun anası da həmin evdə yaşayıb. Bu yay qadın öz oğlunun içki düşkünlüyünə düçar olduğu və təhlükəli davranışı səbəbindən təcili yardım çağırıb, tibb işçiləri onu xəstəxanaya aparıb.

33 yaşlı əsir qız müəyyən edib ki, növbəti ziyarətdən sonra içkili təcavüzkar onun otağının qapısını bağlamağı unudub.

O, vəziyyətdən istifadə edərək qaçmağa müvəffəq olub. Qız bacısını tapıb, o da polisə müraciət edib. Hazırda "Adam oğurluğu" maddəsilə cinayət işi açılıb.

Regionun hüquq-mühafizə orqanları jurnalistlərə məlumat verib ki, oğru əvvəlki qurbanını öldürüb.

Qadının qalıqları şübhəli bilinənin sahəsində təsərrüfat tikililərinin birində aşkar edilib.

İstintaqın ilkin məlumatına görə, divan tutulması qaçmağa müvəffəq olan ikinci əsir qızın gözləri önündə baş verib.

Qətlə yetirilən qadını o, "yeni" qurbanına özünün həyat yoldaşı kimi təqdim edib.

Münaqişə zamanı cani ilk əsirini bıçaqla qətlə yetirib, cəsədini doğrayıb və qalıqlarını dəfn edib.

Qətlə yetirilən qadının şəxsiyyəti hələlik müəyyən edilməyib.