Çexiya Azərbaycan əsilli kriminal avtoriteti  ABŞ-a ekstradisiya edəcək

Çexiya Azərbaycan əsilli kriminal avtoriteti ABŞ-a ekstradisiya edəcək

18 İyul 2023 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Çexiyanın ədliyyə naziri Pavel Blajek respublikada saxlanılan azərbaycanlı, kriminal avtoritet, Gürcüstan vətəndaşı Polad Ömərovun ABŞ-a ekstradisiya edilməsi haqqında sərəncam imzalayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Çexiyanın “Pravo” nəşri məlumat yayıb.

Yaxın bir neçə gün ərzində Ömərovun ekstradisiyası prosesi həyata keçirilməlidir. Beynəlxalq həbs qərarı əsasında o, yanvar ayında Çexiyada saxlanılıb və o vaxtdan həbsdədir. Onun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorları Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəli olan üç kriminal avtoriteti ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib.

Praqa şəhər məhkəməsi mayın sonunda Ömərovun ABŞ-a, o cümlədən Gürcüstan və Qazaxıstana ekstradisiya oluna biləcəyinə dair qərar çıxarıb. Çexiya mediası bir müddət əvvəl Ömərovun Rusiya və Ukraynadakı azərbaycanlı icmalarına terror törədən mütəşəkkil cinayətkar qrupa rəhbərlik etdiyini yazıb.

Əziz Salamoğlu