Çində uşaq bağçasına hücum nəticəsində 6 nəfər ölüb
Çinin cənub-şərqindəki Quanqdonq əyalətində uşaq bağçasına bıçaqlı hücum nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
Oxuməni.az xəbər verir ki, bu barədə BBC yerli polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Vu adlı 25 yaşlı kişi həbs edilib. AFP agentliyi isə şəhər hökumətinin sözçüsünə istinadən bildirib ki, hücum Lianjiang rayonundakı uşaq bağçasına edilib, qurbanlar arasında bir müəllim, iki valideyn və üç şagird var.
Polis hadisəni “qəsdən hücum” adlandırıb, qatil hücumdan 20 dəqiqə sonra saxlanılıb. Weibo xəbər verir ki, hücum edənin adı Vu Mujiedir və hazırda istintaq araşdırmaları gedir.
Əziz Salamoğlu
Digər xəbərlər




















































.jpg)










































