Aylardır itkin düşən aktyorun cəsədi sandıqdan çıxıb

Aylardır itkin düşən aktyorun cəsədi sandıqdan çıxıb

26 May 2023 09:27
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın son həftəsindən itkin düşən braziliyalı aktyor Cefferson Maçadonun cansız bədəni sandıqdan tapılıb. O, sandıqla birlikdə yerin altında basdırılıb. Son dəfə yanvarın 27-də görüntülənən aktyor üçün fevralın 9-da itkin düşüməsi haqqında polisə məlumat verilib. Maçado ilə əlaqə saxlayan sonuncu qohumu onun 73 yaşlı anası Maria Das Doresin olub. Anası oğlu ilə sonuncu dəfə yanvarın 29-da danışdığını və oğlunun iş müsahibəsi üçün dostunun evində qaldığını bildirib. Yerli mətbuata danışan anasının sözlərinə görə, Maçadodan sonuncu dəfə "Telefonumu yerə atdığım üçün sizə görüntülü zəng edə bilmirəm" mesajını yazıb. Ana bu mesajdan sonra oğlunun vəziyyətindən şübhələnməyə başlayıb. Maçadonun "bulud" parolu dəyişdirildikdən və telefonunda yer göstərmə proqramı ləğv edildikdən sonra anası lap çox narahat olub. Polis fevralın 9-dan bəri axtardığı Maçadonu mayın 22-də Riodakı binalardan birinin qarşısında təxminən 2 metr yerə basdırılmış taxta sandıqda tapıb. Polis aktyoru öldürən şəxs və şəxsləri tapmaq üçün araşdırmalara başlayıb.

Murad Şahməmmədov