Yüz iki bağlamada gizlədilən üç ton kokain ələ keçirib

Yüz iki bağlamada gizlədilən üç ton kokain ələ keçirib

15 May 2023 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Kokain yüklü sualtı qayıq Sakit Okeanda patrulluq edən Kolumbiya əsgərləri tərəfindən donanma gəmilərinin radarları vasitəsilə aşkar edilib. Kolumbiya hakimiyyəti cümə günü 1993-cü ildən bəri Sakit okeanda kokain daşıyan ən böyük sualtı qayığı ələ keçirdiklərini açıqlayıblar.

Səlahiyyətlilər üç ton kokain daşıyan 30 metrlik sualtı qayığı ələ keçirib və üç nəfəri yerində həbs ediblər. Kokain yüklü sualtı qayıq Kolumbiya əsgərləri tərəfindən Sakit Okeanda patrulluq edən donanma gəmilərinin radarları vasitəsilə aşkar edilib. 102 bağlamada gizlədilən kokainin sualtı qayıq batmazdan əvvəl ələ keçirildiyi bildirilib. Patrulların verdiyi məlumata görə sualtı qayığı idarə edənlər onu radarlardan qaçıra bilmədikləri üçün batırıblar. Avropaya kokain axınına nəzarət edən italyan mafiyasına qarşı keçirilən bu əməliyyatda ümumilikdə 130 nəfər həbs edilib. Bildirilib ki, ələ keçirilən 45, 54 və 63 yaşlı şəxslər narkotik alveri ilə məşğul olan qrup tərəfindən paketləri Mərkəzi Amerikaya daşımağa məcbur edilib. Kolumbiya Sakit Okean Qüvvələri 2023-cü ildə sayca narkotik daşıyan dördüncü sualtı qayığı ələ keçirdiblər.

Oxumeni.az