Zaqatalada arvadını güllələyən kişi vəkili də öldürəcəkmiş - Şok faktlar

Zaqatalada arvadını güllələyən kişi vəkili də öldürəcəkmiş - Şok faktlar

17 Mart 2023 23:13
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatalada baş verən qətllə bağlı yeni faktlar üzə çıxıb

Oxuməni.az Lent.az-a istinadən xəbər verir ki, bu gün Zaqatalada arvadını güllələyərək öldürən Məhəmməd Didiyev daha sonra vəkil Əhməd Nəbiyevi öldürmək istəyirmiş. Onun bu planının qarşısı alınıb.

Vəkil Əhməd Nəbiyev bildirib ki, qətlə yetirilən qadın Firəngiz Yusifova bir müddət əvvəl həyat yoldaşından boşanmaq üçün ona müraciət edib:

“Xanım ilk dəfə boşanma üçün müraciət edəndə biz Mediasiyaya müraciət etdik. Onlar barışdılar. Lakin sonradan onların yenidən ailə problemləri oldu və qadın boşanmaq üçün bir daha mənə müraciət etdi. Xanımın müraciəti əsasında məhkəməyə ərizə yazdıq. Bu gün səhər isə bu hadisə yaşandı. Məhəmməd Didiyev arvadını öldürdükdən sonra məni də qətlə yetirməyi planlaşdırırmış. Onun qarşısını almasaydılar gəlib məni də öldürəcəkdi”.

Qeyd edək ki, bu gün səhər Zaqatalada dəhşətli qətl hadisəsi baş verib. Şəhər sakini 38 yaşlı Məhəmməd Didiyev ondan boşanmaq istəyən həyat yoldaşı, 34 yaşlı Firəngiz Yusifovanı güllələyərək öldürüb.

M.Didiyev saxlanılıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq davam edir.