16 ilini qaçaraq keçirən mafioz həbs edilib

16 ilini qaçaraq keçirən mafioz həbs edilib

3 Fevral 2023 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

İnterpol, Fransanın mərkəzi şərqindəki Sent-Etyen şəhərində 16 il axtarışda olan "mafiozun" həbs edildiyini açıqlayıb.

Oxuməni.az xəbər verir ki, Kalabriya mafiyasının "Ndrangeta"nın üzvü olduğu 63 yaşlı Edqardo Qreko cümə axşamı həbs edilib. O, 1991-ci ilin yanvarında iki qətlə və 1991-ci ilin iyulunda adam öldürməyə cəhdə görə ömürlük həbs cəzasına məhkum edilib.

Qreko," I-Can" layihəsinin ("Ndrangeta"ya qarşı İnterpol əməkdaşlığı) bir hissəsi olaraq iki tərəfdaş ölkə tərəfindən paylaşılan İtalyan polisi tərəfindən verilən məlumatlar əsasında, Fransız polisi tərəfindən həbs edilib.

İtaliyanın daxili işlər naziri Matteo Piantedosi bu mühüm birgə əməliyyatdan çox məmnun olduğunu bildirib.

İtaliyanın AGI xəbər agentliyinin məlumatına görə, Edqardo Qreko Sent-Etyen şəhərindəki bir pizza restoranında, pizzaçı işləyirmiş. Cinayətkar Paolo Dimitri adı altında işləyib.

Ehtimallara görə, o, yaşadığı Kosenza şəhərində ən mühüm olan "Perna-Pranno" klanının üzvü olub.

O, klanlar arasında daha çox muxtariyyət və hörmət istəyən Stefano və Cüzeppe B. qardaşlarının həyatı bahasına başa gələn 5 yanvar 1991-ci ildə qurulan pusquya görə birgə məsuliyyət daşıyır.

Qurbanlar "balıq ambarında" dəmir armaturla döyülərək öldürüldülər və onların cəsədləri də tapılmadı.

Keçən ay Siciliyanın Palermo şəhərindəki polislər, İtaliyanın ən çox axtarılan mafiozusu, 30 ildir gizlənən Matteo Messina Denaronu həbs edib.

E.Axund, Oxuməni.az