"SalamNews" və “İnteraz”da əməliyyat: 7 nəfər saxlanıldı

"SalamNews" və “İnteraz”da əməliyyat: 7 nəfər saxlanıldı

31 Yanvar 2023 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi əməkdaşlarının İran casus şəbəkəsinə qarşı keçirdiyi xüsusi əməliyyat davam edir.

Oxuməni.az Teleqraf.com-a istinadən xəbər verir ki, əməliyyat Bakıda və respublikanın digər bölgələrində keçirilir.

Tədbirlər nəticəsində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində saxlanılıblar.

Qeyd edək ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.

Əməliyyatla bağlı hələlik hər hansı rəsmi informasiya verilməyib.